Azərbaycan.media xəbər verir ki, bu gün Lənkəran rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
“Azərişıq” ASC-dən verilən məlumata görə, Lənkəran Elektrik Şəbəkəsinin ərazisində 10 kV-luq “Separadi” və “Sinovli” hava xətlərində təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Separadi kəndində, saat 13:00-dan 15:30-dək isə Sinovli və Tükəvilə kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək.
