🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Övladlığa götürülən uşaqlarla bağlı 1700-dən çox monitorinq aparılıb

Azərbaycan.media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən övladlığa götürülən və himayədar ailələrə verilən uşaqların həyat şəraiti ilə bağlı geniş monitorinqlər keçirilib.
Bu barədə Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan Milli Koordinatorun illik məlumatında qeyd olunub.
Məlumata əsasən, Azərbaycan vətəndaşlarının övladlığa götürdüyü uşaqlarla bağlı 1183, əcnəbilərin övladlığa götürdüyü azərbaycanlı uşaqlar üzrə isə 26 monitorinq həyata keçirilib. Həmçinin himayədar ailələrə verilmiş uşaqların ailədaxili sosial-psixoloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə 516 yoxlama aparılıb.
Qeyd olunub ki, monitorinqlər zamanı hər hansı neqativ hal aşkarlanmayıb.
Məlumatda həmçinin bildirilib ki, 21 sosial xidmət müəssisəsi vasitəsilə həssas əhali qruplarından olan 3 mindən çox şəxsə xidmət göstərilib. Bundan əlavə, əlilliyi olan 2 mindən artıq şəxsə birdəfəlik maddi yardım ayrılıb, sosial həssas ailələrə isə 400 mənzil təqdim edilib.
Uşaqlar arasında risk faktorlarının müəyyənləşdirilməsi məqsədilə 1392 nəfər böhran vəziyyətinin qiymətləndirilməsinə cəlb olunub.