🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanda hava kəskin dəyişib

Azərbaycanda hava kəskin dəyişib: bir sıra bölgələrdə yağış, şimşək və dolu qeydə alınıb
Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.
Məlumata əsasən, Azərbaycanın bir sıra rayonlarında arabir şimşək çaxır, yağış yağır. Xüsusilə şimal və qərb bölgələrində yağıntılar intensiv xarakter alıb. Dağlıq ərazilərdə isə qar müşahidə edilir — Şahdağda arabir qar yağdığı bildirilir.
Qeydə alınan yağıntıların miqdarı Oğuzda 15 mm, Ağdamda 14 mm, Daşkəsən və Gədəbəydə 11 mm olub. Gəncədə 5 mm, Tərtərdə 4 mm, Balakən, Qəbələ, Göygöl, Xınalıq və Qrızda (Quba) 3 mm yağıntı düşüb. Naftalan, Şəki və Göyçayda isə bu göstərici 2 mm təşkil edib.
Digər bir sıra rayonlarda — o cümlədən Naxçıvan, Şahbuz, Culfa, Ordubad, Şəmkir, Bərdə, Ağstafa, Zaqatala, Yardımlı, Yevlax, Zərdab, Kəlbəcər, Laçın, Qubadlı, Xankəndi, Xocavənd, Şuşa, Xocalı və Füzulidə yağıntıların miqdarı 1 mm-dək qeydə alınıb.
Qeyd edilib ki, mayın 7-də Gədəbəy rayonunda saat 19:36–19:37 radələrində xırda ölçülü dolu da müşahidə olunub.