Azərbaycan.media xəbər verir ki, Yaxın Şərqdə münaqişənin yeni mərhələyə keçməsi fonunda neft bazarında qiymətlər cümə günü yenidən artım nümayiş etdirib. Vəziyyət ABŞ–İran arasında mümkün atəşkəsin pozulması risklərini artırıb və Hörmüz boğazının açılması ilə bağlı gözləntiləri zəiflədib.
Məlumata əsasən, Brent markalı neftin fyuçersləri Londonun ICE Futures birjasında 1,29 dollar (1,29%) bahalaşaraq bir barel üçün 101,35 dollara yüksəlib. Ötən sessiyada isə Brent 1,21 dollar (1,2%) ucuzlaşaraq 100,06 dollar səviyyəsində idi.
WTI markalı neftin iyun fyuçersləri Nyu-Yorkun NYMEX birjasında elektron ticarət zamanı 1,05 dollar (1,1%) artaraq 95,86 dollara çatıb. Əvvəlki gün bu göstərici 0,27 dollar (0,28%) azalaraq 94,81 dollar olmuşdu.
Qeyd edək ki, əvvəlki sessiyada neft qiymətləri ABŞ və İran arasında gərginliyin yumşalmasına dair siqnallar fonunda bir barel üçün təxminən 5 dollar ucuzlaşmışdı.
