🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Pezeşkian–Xamenei görüşü ilə bağlı ziddiyyətli məlumatlar: iddia və təkzib

Azərbaycan.media xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkianın ölkənin Ali Rəhbəri Müctəba Xamenei ilə görüş keçirməsi barədə yayılan məlumatlar ətrafında ziddiyyətli açıqlamalar ortaya çıxıb.
Xatırladaq ki, Məsud Pezeşkian mayın 7-də Müctəba Xamenei ilə görüşdüyünü, görüşün təxminən iki saat yarım davam etdiyini və müzakirələrin rahat atmosferdə keçdiyini bildirib. Prezident həmin görüşdə Xameneinin yanaşmasını “təvazökar və səmimi” kimi xarakterizə edib və dialoqun etimad mühitində keçdiyini qeyd edib.
Eyni zamanda, bu məlumat İran daxilində və beynəlxalq mediada müzakirələrə səbəb olub. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Müctəba Xameneinin sağlamlıq vəziyyəti ilə bağlı iddialara da toxunaraq, onun ABŞ və İsrailin zərbələri nəticəsində yaralandığını bildirib. Məlumata görə, müharibədən sonra onun ictimaiyyət qarşısına çıxmadığı, açıqlamalarının isə yazılı və ya vasitəçilərlə yayımlandığı qeyd olunur.
Qərb mediasında isə İranın ali rəhbərinin ağır yaralandığı, hətta ciddi fiziki xəsarətlər aldığı barədə iddialar yer alıb. Bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib və tərəflərdən müxtəlif təkziblər və ya dəqiqləşdirmələr gəlməkdə davam edir.