🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ali Məhkəmədən nikahlarla bağlı vahid məhkəmə təcrübəsi

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası nikahın etibarsızlığı və sonradan etibarlı hesab edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
“AZƏRTAC”ın məlumatına görə, iş materiallarında iddiaçı atasının 1976-cı il aprelin 3-də cavabdehlə bağladığı nikahın etibarsız sayılmasını tələb edib. İddiada qeyd olunub ki, həmin vaxt iddiaçının atası artıq 1974-cü il sentyabrın 15-dən etibarlı olan başqa bir nikahda olub və bu nikah yalnız 2004-cü il iyunun 19-da pozulub.
Birinci instansiya məhkəməsi iddianı təmin etsə də, apellyasiya instansiyası qərarı ləğv edərək iddianı rədd edib. Qərarda qeyd olunub ki, Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinə əsasən, nikaha mane olan hallar sonradan aradan qalxdıqda, həmin nikah məhkəmə tərəfindən etibarlı hesab edilə bilər.
Məhkəmənin mövqeyinə görə, 2004-cü ildə əvvəlki nikahın pozulması ilə mübahisəli nikahın qarşısındakı hüquqi maneə aradan qalxıb və bu səbəbdən 1976-cı ildə bağlanmış nikah etibarlı status qazana bilər.
Qərarda həmçinin vurğulanıb ki, nikahın etibarlı hesab edilməsi uşaqların hüquqlarına, o cümlədən vərəsəlik hüquqlarına təsir göstərmir.
Kassasiya instansiyası da apellyasiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək şikayəti təmin etməyib və qərarı qüvvədə saxlayıb. sonradan etibarlı hesab oluna bilər
Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası nikahın etibarsızlığı və sonradan etibarlı hesab edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
“AZƏRTAC”ın məlumatına görə, iş materiallarında iddiaçı atasının 1976-cı il aprelin 3-də cavabdehlə bağladığı nikahın etibarsız sayılmasını tələb edib. İddiada qeyd olunub ki, həmin vaxt iddiaçının atası artıq 1974-cü il sentyabrın 15-dən etibarlı olan başqa bir nikahda olub və bu nikah yalnız 2004-cü il iyunun 19-da pozulub.
Birinci instansiya məhkəməsi iddianı təmin etsə də, apellyasiya instansiyası qərarı ləğv edərək iddianı rədd edib. Qərarda qeyd olunub ki, Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinə əsasən, nikaha mane olan hallar sonradan aradan qalxdıqda, həmin nikah məhkəmə tərəfindən etibarlı hesab edilə bilər.
Məhkəmənin mövqeyinə görə, 2004-cü ildə əvvəlki nikahın pozulması ilə mübahisəli nikahın qarşısındakı hüquqi maneə aradan qalxıb və bu səbəbdən 1976-cı ildə bağlanmış nikah etibarlı status qazana bilər.
Qərarda həmçinin vurğulanıb ki, nikahın etibarlı hesab edilməsi uşaqların hüquqlarına, o cümlədən vərəsəlik hüquqlarına təsir göstərmir.
Kassasiya instansiyası da apellyasiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək şikayəti təmin etməyib və qərarı qüvvədə saxlayıb.