Azərbaycan.media xəbər verir ki, Almaniyanın Avropa İttifaqının (Aİ) müdafiə layihələrinə Türkiyənin cəlb edilməsi və Gömrük İttifaqının genişləndirilməsi məsələsində Yunanıstana bağlı qapılar arxasında təzyiq göstərdiyi iddia olunur.
Yunanıstanın “Militaire.gr” müdafiə portalında yayımlanan təhlilə əsasən, Fransa ilə Avropa müdafiə siyasətində təsir balansını qorumağa çalışan Almaniya, eyni zamanda “tarixi müttəfiq” kimi təqdim etdiyi Türkiyə ilə əməkdaşlığı dərinləşdirməyə üstünlük verir. Bu kontekstdə Berlinin Afinaya yönəlik siyasi təzyiqi artırdığı bildirilir.
Məlumata görə, Almaniyanın xarici işlər naziri Yohann Vadeful Afinada yunan həmkarı Corc İerapetrit ilə keçirdiyi görüşdə Aİ–Türkiyə münasibətlərinin inkişafına maneə yaradan Yunanıstan vetosunun aradan qaldırılmasına çağırış edib və bu məsələdə daha sərt mövqe sərgiləyib.
Yunanıstan tərəfinin isə bu tənqidlər qarşısında ehtiyatlı və susqun mövqe nümayiş etdirdiyi qeyd olunur. Analizdə vurğulanır ki, Aİ ilə Türkiyə arasında genişlənən strateji əməkdaşlıq fonunda Yunanıstanın “zəif halqa”ya çevrilə biləcəyi və Ankara ilə həll olunmamış məsələlərin Afina üçün ciddi risklər yarada biləcəyi bildirilir.
