🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Hörmüz boğazı yaxınlığında Çin tankerinə hücum: göyərtədə yanğın baş verib

Azərbaycan.media xəbər verir ki, Hörmüz boğazı yaxınlığında Çinə məxsus neft tankerinə hücum edilməsi ilə bağlı məlumat yayılıb.
“Publika.az”ın “Reuters”ə istinadən yaydığı xəbərə görə, hadisə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sahillərində, Mina Saqr limanı yaxınlığında qeydə alınıb.
Məlumata əsasən, hücum nəticəsində Marşal adaları bayrağı altında üzən “JV Innovation” adlı neft tankerinin göyərtəsində yanğın başlayıb. Bildirilir ki, gəminin gövdəsində “çinli sahibi və heyəti” ifadəsi yer alıb.
Hadisə ilə bağlı əlavə təfərrüatlar və hücumun kim tərəfindən həyata keçirildiyi barədə rəsmi açıqlama hələlik verilməyib.