🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Zelenski ilə bağlı Çin borcu iddiaları: 30,8 milyard dollarlıq restrukturizasiya tələbi gündəmdə

Azərbaycan.media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ilə bağlı Çin və Ukrayna arasında borc məsələsinə dair diqqətçəkən iddialar yayılıb.
“Axar.az”ın məlumatına görə, “Sohu” agentliyinin yaydığı materialda iddia olunur ki, Zelenski səfir vasitəsilə Çinə 30,8 milyard dollarlıq borcun restrukturizasiyası ilə bağlı tələb ünvanlayıb. Həmin iddialara əsasən, bu tələb qəbul olunmadığı təqdirdə, Ukrayna tərəfinin Tayvan və Şimali Koreya ilə bağlı gərginlik yarada biləcəyi barədə mesaj verdiyi irəli sürülür.
Məqalədə həmçinin Ukraynanın hazırkı maliyyə vəziyyətinin ağır olduğu, inflyasiyanın artdığı və cəbhədə vəziyyətin gərginləşdiyi iddia edilir. Eyni zamanda ABŞ-ın dəstəyində azalma olduğu, bunun da Kiyevi alternativ yollar axtarmağa məcbur etdiyi qeyd olunur.
Sözügedən materialda iddia olunur ki, Çin tərəfi bu müraciətə müsbət yanaşmayıb və borcun tam şəkildə ödənilməli olduğunu bir daha vurğulayıb. Pekinin mövqeyinin dəyişməz qaldığı da bildirilir.