Azərbaycan.media xəbər verir ki, tanınmış müğənni Akif İslamzadə xəstəxanaya yerləşdirilib.
Sənətçinin oğlu Ayxan İslamzadə APA-ya açıqlamasında bildirib ki, hazırda Akif İslamzadə Mərkəzi Gömrük Hospitalında müalicə alır.
Onun sözlərinə görə, müğənninin ürəyinə ötən axşam stent qoyulub.
“Hələlik həkimlər vəziyyəti ilə bağlı dəqiq məlumat verməyiblər”, – deyə Ayxan İslamzadə qeyd edib.
