🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanda ardıcıl 3 gün qeyri-iş günü olacaq

Azərbaycan.media xəbər verir ki, Azərbaycanda 9 May – Faşizm üzərində Qələbə Günü ilə əlaqədar ardıcıl üç gün qeyri-iş günü olacaq.
Məlumata görə, bu məsələ Əmək Məcəlləsinin 108-ci maddəsində öz əksini tapıb. Qanunvericiliyə əsasən, iş günü hesab edilməyən bayramqabağı günlərdə iş vaxtının müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.
Məcəlləyə əsasən, iş günü hesab edilməyən bayram günlərində işləyən şəxslərə həmin işə görə əməkhaqqı ödənilir. Həmçinin işçinin istəyi ilə ona əlavə ödəniş əvəzinə başqa istirahət günü də verilə bilər.
Bundan başqa, əməkhaqqının verilməsi günü istirahət və ya bayram gününə təsadüf etdikdə, maaş həmin tarixdən əvvəlki iş günündə ödənilməlidir.
Qeyd edək ki, bu il 9 May – Faşizm üzərində Qələbə Günü şənbə gününə təsadüf etdiyindən, qanunvericiliyə uyğun olaraq 11 may bazar ertəsi də qeyri-iş günü hesab ediləcək. Beləliklə, 9, 10 və 11 may tarixləri ardıcıl istirahət günləri olacaq.