Azərbaycan.media xəbər verir ki, Çeçenistan rəhbərinin oğlu və köməkçisi, regional Təhlükəsizlik Şurasının katibi Adam Kadırov Ukrayna Prezidenti Vladimir Zelenskini hədələyən açıqlama ilə çıxış edib.
O, sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə Zelenskini Qroznıya “prezident kimi deyil, müharibə cinayətkarı kimi” gətirəcəklərini iddia edib. Adam Kadırov bildirib ki, Ukrayna liderinin tapılması yalnız zaman məsələsidir.
“Səni tapacağıq, bu, yalnız zaman məsələsidir. Və səni buraya, Qroznıya gətirəcəyik. Prezident kimi yox, müharibə cinayətkarı kimi. Səhnədə deyil, təhqir etməyə çalışdığın torpaqda dayanacaqsan. Ağlayacaqsan, fəryad edəcəksən, çəkmələri öpəcəksən və bağışlanma diləyəcəksən”, – deyə Kadırov paylaşımında qeyd edib.
O, əlavə edib ki, Zelenskinin vaxtı tezliklə bitəcək və həmin anda Ukrayna Prezidenti dediyi hər sözə görə peşman olacaq.
Qeyd edək ki, bundan əvvəl Vladimir Zelenski çıxışlarından birində ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduro ilə bağlı mövqeyinə bənzər şəkildə Çeçenistan rəhbəri Ramzan Kadırov barədə də sərt fikirlər səsləndirmişdi.
