Azərbaycan.media xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ prezidenti Donald Trampın son bəyanatlarını İranda zorakılığa təhrik kimi qiymətləndirib.
İrəvani bu barədə BMT-nin baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasının sədri Abukar Dahir Osmana rəsmi məktub ünvanlayıb.
Məktubda bildirilir ki, ABŞ prezidentinin açıqlamaları zorakılığa, iğtişaşlara və terror aktlarına çağırış xarakteri daşıyır. İran nümayəndəsi vurğulayıb ki, bu cür bəyanatlar beynəlxalq hüququn əsas prinsiplərinə ziddir.
Əmir Səid İrəvaninin sözlərinə görə, Donald Tramp həmin açıqlamalarla İrana qarşı güc tətbiqi və birbaşa müdaxilə ilə açıq şəkildə hədələyib. İran tərəfi beynəlxalq ictimaiyyəti bu cür çağırışlara qarşı mövqe bildirməyə çağırır.
