Azərbaycan.media xəbər verir ki, alimlərin proqnozlaşdırdığı zəif maqnit qasırğası yanvarın 2-də Yer kürəsində qeydə alınıb.
Bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan bildirilib.
Hazırda Yer kürəsinin maqnit sahəsində pozulma səviyyəsi beşballıq şkala üzrə G1 göstəricisi ilə qiymətləndirilir. Qeyd olunur ki, həmin şkalada G5 “son dərəcə güclü”, G1 isə “zəif” maqnit qasırğası hesab olunur.
Mütəxəssislər maqnit qasırğasının əsasən həssas insanlar və texniki sistemlər üzərində cüzi təsir göstərə biləcəyini bildirirlər.
