🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Zelenski Budanova Prezident Ofisini idarə etməyi təklif etdi – O, razılıq verdi

Azərbaycan.media xəbər verir ki, Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Prezident Volodimir Zelenskinin Prezident Ofisini idarə etmək təklifini qəbul etdiyini açıqlayıb.

 Budanov bu vəzifəni ölkəsi qarşısında məsuliyyətin daha bir mərhələsi kimi dəyərləndirdiyini bildirib.

“Ukrayna üçün tarixi bir anda dövlətimizin strateji təhlükəsizliyinin həlledici məsələlərinə diqqət yetirmək mənim üçün həm böyük şərəf, həm də ciddi məsuliyyətdir”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl Kirill Budanova Prezident Ofisinin rəhbəri postunu təklif edib.