🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tramp Zelenskiyə təhlükəsizlik zəmanətləri vermək niyyətində deyil – NYT

Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskinin israrla tələb etdiyi təhlükəsizlik zəmanətlərini vermək niyyətində deyil.

Bu barədə “Nyu York Tayms” nəşri yazıb. Məqalədə qeyd olunur ki, Zelenskinin konkret təhlükəsizlik zəmanətləri üzərində təkid etməsi nəticə etibarilə faydasız, hətta müəyyən risklər daşıyan bir addım ola bilər.

Nəşrin təhlilinə görə, Donald Tramp Ukrayna ilə bağlı müəyyən öhdəliklər götürsə belə, sonradan bu öhdəlikləri yerinə yetirməmək üçün manevr imkanlarına malikdir. ABŞ prezidentinin Ukrayna üçün real təhlükəsizlik zəmanətlərini icra etmək niyyətində olub-olmaması isə ciddi suallar doğurur.

Məlumatda vurğulanır ki, Tramp zaman-zaman bu istiqamətdə sərt bəyanatlar səsləndirsə də, indiyədək Rusiya ilə birbaşa qarşıdurma yaradacaq addımlar atmaq istədiyini açıq şəkildə nümayiş etdirməyib. Bu amil də onun Ukrayna ilə bağlı təhlükəsizlik zəmanətlərinə sadiqliyinə dair şübhələri artırır.