🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Meyxanaçı Vüqar Qobulu xəstəxanaya yerləşdirilib

Azərbaycan.media xəbər verir ki, “Kəlmə-kəlməyə” layihəsinin iştirakçısı, tanınmış meyxanaçı Vüqar Qobulu səhhətində qəfil problem yaranması səbəbindən xəstəxanaya çatdırılıb. O, təcili tibbi yardım vasitəsilə Sabunçu Tibb Mərkəzinə gətirilib və hazırda həkimlərin nəzarəti altındadır.

Sabunçu Tibb Mərkəzindən bildirilib ki, ötən gün saat 20:00 radələrində 1972-ci il təvəllüdlü Vüqar Qobulu Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”.

Qeyd edək ki, bir müddət əvvəl Vüqar Qobulu müsabiqədə qalib gələrsə, evlənəcəyini açıqlamışdı: “Maddiyyat evlilikdə böyük rol oynayır. Pul qazansam, birinci özümə toy edəcəyəm. Subay qalmaq günahdır. Ailə qurub, toy edərdim. Qalan pula da maşın alardım”.