🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Türkiyədə 23 Aprel bu il hüzn və sadəlik şəraitində qeyd olunur

Azərbaycan.media xəbər verir ki, Türkiyədə 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı bu il fərqli ab-havada keçirilir. Belə ki, Kahramanmaraş şəhərində aprelin 15-də məktəbdə baş verən silahlı hücum nəticəsində 8 şagird və 1 müəllim olmaqla ümumilikdə 9 nəfər həyatını itirib.
Baş verən faciənin təsiri ilə ölkə üzrə bayram tədbirlərinin böyük hissəsi ləğv edilib. Rəsmi proqramlar daha sadə formatda təşkil olunub. Məktəblərdə planlaşdırılan şənliklər isə əsasən təxirə salınıb və ya anım tədbirləri ilə əvəz edilib.