🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İlham Əliyev: 2032-ci ilə qədər 8 giqavat bərpaolunan enerji gücü hədəflənir

Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı ölkənin enerji strategiyası ilə bağlı mühüm açıqlamalar verib.
Dövlət başçısı bildirib ki, Azərbaycanın planı 2032-ci ilə qədər 8 giqavatlıq Günəş, külək və hidroenerji gücünə malik olmaqdır və bu hədəf yalnız niyyət deyil, artıq imzalanmış hüquqi qüvvəyə malik müqavilələrə əsaslanır.
Prezident vurğulayıb ki, elektrik enerjisi istehsalında istifadə olunan təbii qazın böyük hissəsi bərpaolunan enerji ilə əvəz ediləcək. Bu isə beynəlxalq bazarlarda yüksək tələbat olan bir neçə milyard kubmetr qazın qənaətinə imkan yaradacaq.