Azərbaycan.media xəbər verir ki, Gəncə və Göygöl ərazilərində qanunsuz tikinti işlərinin qarşısı alınıb və bir sıra tikililər sökülüb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Teleqüllə yaxınlığında, Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən isə Firuzabad qəsəbəsi ərazisində qanunsuz tikinti faktları aşkar edilib və müvafiq tədbirlərin görülməsi üçün nazirliyə müraciət olunub.
Müraciətlər əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Əmlak Məsələləri Dövlət Xidməti və yerli icra hakimiyyəti nümayəndələri ilə birgə tədbirlər həyata keçirib. Nəticədə qanunsuz inşa olunan tikililər sökülüb.
