🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rusiya səmasında gecə hücumu: 155 dron zərərsizləşdirilib

Azərbaycan.media xəbər verir ki, Rusiya hava hücumundan müdafiə qüvvələri ötən gecə Ukraynaya məxsus 155 sabit qanadlı pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib.
Məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, hücumlar Kursk, Samara, Belqorod, Bryansk, Voronej, Saratov, Penza, Ulyanovsk, Volqoqrad və Rostov vilayətləri, həmçinin Krasnodar diyarı, Krım və Qara dəniz üzərində dəf edilib.