Azərbaycan.media xəbər verir ki, Nyu-Yorkda yerləşən COMEX əmtəə birjasında qızılın qiyməti artıb.
Məlumata görə, bir troya unsiya qızılın dəyəri 66,9 ABŞ dolları yüksələrək 4 786,5 ABŞ dollarına çatıb.
Eyni zamanda, gümüşün qiymətində də artım qeydə alınıb. Belə ki, bir unsiya gümüş 2,12 ABŞ dolları bahalaşaraq 79,16 ABŞ dolları təşkil edib.
