Azərbaycan.media xəbər verir ki, Beyləqan şəhəri Mehdi Mehdizadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi İlahə Kamranova yol qəzası nəticəsində həyatını itirib.
Məlumata görə, bu barədə təhsil müəssisəsinin sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, o, yalnız müəllim kimi deyil, həm də nümunəvi insan kimi kollektivin dərin hörmətini qazanıb.
Qeyd olunub ki, məktəb rəhbərliyi və pedaqoji heyət mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib, bu itkinin yalnız ailə üçün deyil, bütün təhsil ocağı üçün böyük faciə olduğu vurğulanıb.
Hadisənin təfərrüatına əsasən, qəza ötən gün Bakı şəhərinin Yasamal rayonu ərazisində, Kənar dairəvi yolda baş verib. “Toyota” markalı minik avtomobilinin hərəkətdə olan “Kamaz” markalı yük avtomobili ilə toqquşması nəticəsində üç nəfər xəsarət alıb, bir nəfər isə hadisə yerində həyatını itirib.
