🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qubada ağır yol qəzası: bir nəfər həyatını itirdi

Azərbaycan.media xəbər verir ki, Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, qəza rayonun Dəlləkli kəndi ərazisində qeydə alınıb. 43 yaşlı Saməddin Hüseynovun idarə etdiyi “Chevrolet Cobalt” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Hadisə nəticəsində sürücü və sərnişinlər – 46 yaşlı Cəmil Rzayev, 61 yaşlı Saleh İbrahimov və 41 yaşlı Vüqar Zərbalıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılardan Vüqar Zərbalıyev göstərilən tibbi yardımlara baxmayaraq, müalicə aldığı xəstəxanada həyatını itirib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.