🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

YAP MSK üzvlüyünə namizədlərini müəyyənləşdirib – siyahıda Məzahir Pənahov da var

Azərbaycan.media xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü seçilməsi üçün namizədlərini təsdiqləyib.
Partiyanın müəyyən etdiyi siyahıya MSK-nın hazırkı sədri Məzahir Pənahov da daxil edilib. Namizədlərin siyahısı təsdiqlənmək üçün Milli Məclisə təqdim olunacaq.
Qeyd edək ki, Məzahir Pənahov 2000-ci il mayın 19-da Prezidentin sərəncamı ilə MSK-nın üzvü təyin olunub və həmin gün Komissiyanın sədri seçilib. O, həmin vəzifəni fasiləsiz olaraq bu günə qədər icra edir.
Məzahir Pənahov fəaliyyətinə görə dövlət tərəfindən “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub.