Azərbaycan.media xəbər verir ki, İran ABŞ Prezidenti Donald Trampın atəşkəsin uzadılması ilə bağlı qərarını tanımadıqdan sonra ölkənin silahlı qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
Məlumata görə, İranın Mərkəzi Hərbi Komandanlıq Qərargahı olan “Xatəm əl-Ənbiya”nın sözçüsü İbrahim Zülfüqari bildirib ki, İran Silahlı Qüvvələri artıq yüksək hazırlıq səviyyəsindədir.
Onun sözlərinə görə, silahlı qüvvələr uzun müddətdir 100 faiz döyüş hazırlığı vəziyyətində saxlanılır və İrana qarşı hər hansı təcavüz və ya addım atılacağı təqdirdə dərhal əvvəlcədən müəyyən edilmiş hədəflərə zərbələr endiriləcək.
Qeyd edək ki, aprelin 8-də Vaşinqton və Tehran arasında iki həftəlik atəşkəs elan olunmuşdu. Bu müddət 22 aprel tarixində başa çatmalı idi. Bildirilir ki, İslamabad şəhərində aparılan danışıqlar nəticəsiz yekunlaşıb.
