Azərbaycan.media xəbər verir ki, Əli Əsədov Regional Ekoloji Sammitdə iştirak etmək məqsədilə Qazaxıstanın paytaxtı Astanaya işgüzar səfər edib.
Məlumata görə, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Qeyd olunub ki, Əli Əsədov Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda Qazaxıstan Baş nazirinin birinci müavini Roman Sklyar və digər rəsmi nümayəndələr tərəfindən qarşılanıb.
