Azərbaycan.media xəbər verir ki, Qəhrəmanmaraş şəhərində məktəbə silahlı hücumla bağlı aparılan istintaq çərçivəsində hadisəni törədən yeniyetmənin anası həbs olunub.
Məlumata görə, Pınar Peyman Mersinli adlı şəxs oğlu İsa Araz Mersinlinin psixi sağlamlıq vəziyyəti ilə bağlı həkim tövsiyələrini nəzərə almamaqda ittiham olunur.
Bildirilir ki, iki müxtəlif tibb müəssisəsinin mütəxəssisləri tərəfindən yeniyetməyə psixiatrik dəstək və müalicə tövsiyə edilsə də, ana bu tövsiyələrə əməl etməyib və lazımi tibbi yardımı təmin etməyib. Prokurorluq onun səhlənkarlıq səbəbilə məsuliyyət daşıdığını bildirərək həbsini tələb edib və məhkəmə bu vəsatəti təmin edib.
Qeyd edək ki, hadisə nəticəsində bir sıra şəxslər xəsarət alıb, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir.
