Azərbaycan.media xəbər verir ki, astroloqların proqnozuna görə, 2026-cı ilin aprel ayının sonu bəzi bürclər üçün əhəmiyyətli dönüş mərhələsi olacaq və onların həyatında mühüm dəyişikliklər baş verəcək.
Bildirilib ki, bu dövrdə bir sıra bürc nümayəndələri daxili yenilənmə yaşayacaq, həyatlarında yeni mərhələyə qədəm qoyaraq uzun müddətdir arzuladıqları hədəflərə yaxınlaşacaqlar. Bununla belə, uğur əldə etmək üçün yalnız gözləmək kifayət deyil – konkret addımlar və məqsədyönlü fəaliyyət əsas şərt kimi göstərilir.
Buğa
Qeyd olunur ki, Uran planetinin Buğa bürcündən ayrılması ilə təxminən səkkiz il davam edən çətin mərhələ başa çatır. Bu dövrdə çətinliklərlə üzləşən Buğalar üçün daha stabil və uğurlu mərhələ başlayır. Onlar həm karyera, həm də şəxsi həyatlarında möhkəm təməl qura biləcəklər.
Qoç
Qoç bürcü üçün bu ay yüksək enerji və transformasiya dövrü kimi xarakterizə olunur. Son illərdə göstərilən səylərin nəticəsi artıq görünməyə başlayır. Bu bürc nümayəndələrinin həyatın müxtəlif sahələrində əhəmiyyətli irəliləyiş əldə edəcəyi bildirilir.
Əkizlər
Aprelin sonlarında Əkizlər üçün sürətli dəyişikliklər mərhələsi başlayır. Bu dövrdə hadisələr daha sürətli inkişaf edəcək və qoyulan məqsədlərin reallaşması prosesi sürətlənəcək. Əvvəlki durğunluğun aradan qalxacağı qeyd olunur.
Balıqlar
Balıqlar üçün isə bu ay yeni imkanlar və tanınma vəd edir. Planetlərin mövqeyi onların enerjisini artıraraq məqsədlərə daha sürətli çatmalarına şərait yaradır. Bu bürc nümayəndələrinin diqqət mərkəzinə düşəcəyi və uğur qazanacağı gözlənilir.
