🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Curiosity” Marsda həyat izlərinə dair mühüm üzvi molekullar aşkar edib

Azərbaycan.media xəbər verir ki, NASA-nın “Curiosity” robotu Marsda alimlər tərəfindən bu planetdə nə vaxtsa həyatın mövcud ola biləcəyinə dair ən inandırıcı sübutlardan biri kimi qiymətləndirilən üzvi molekullar aşkar edib.
Məlumata görə, aşkarlanan molekullar arasında Yer üzündə həyatın yaranmasının əsasını təşkil edən birləşmələr, o cümlədən DNT-nin ilkin formalarına bənzəyən azot tərkibli molekul da var.
Bildirilir ki, əlavə tədqiqatlar təhlükə altına düşüb. Belə ki, Marsdan nümunələrin Yerə gətirilməsini nəzərdə tutan “Mars Sample Return” proqramı maliyyə çatışmazlığı səbəbindən bu ilin yanvar ayında dayandırılıb. Əvvəllər də Ağ Ev administrasiyası NASA-nın büdcəsini azaltmağa cəhd göstərib və hazırda büdcənin daha 23 faiz ixtisar olunması təklif edilir. Planetoloq alimlər bu qərarı “dərin məyusedici” kimi qiymətləndiriblər.