Azərbaycan.media xəbər verir ki, bu gün saat 10:00-dan etibarən Səbail rayonunun Badamdar qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Məlumata görə, fasilə “Azəriqaz” İB tərəfindən həyata keçirilən işlərlə bağlıdır. Belə ki, Səbail rayonu ərazisində qaz xəttinin yerinin dəyişdirilməsi planlaşdırılır.
Qeyd olunub ki, işlər başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.
