Azərbaycan.media xəbər verir ki, Ağstafa şəhərində yerləşən 3 nömrəli tam orta məktəbdə bıçaqlanma hadisəsi qeydə alınıb.
Məlumata görə, 2012-ci il təvəllüdlü U.İ. məktəbdə baş verən mübahisə zamanı xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə ilə bağlı əraziyə polis əməkdaşları cəlb olunub, fakt üzrə araşdırma aparılır.
