Azərbaycan.media xəbər verir ki, 2026-cı ilin yanvar–mart aylarında 1279 əcnəbi Azərbaycan ərazisində daimi yaşama icazəsinin alınması və ya uzadılması ilə bağlı müraciət edib.
Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Bildirilib ki, müraciət edənlər arasında Rusiya, Gürcüstan və Türkiyə vətəndaşları üstünlük təşkil edib.
