Azərbaycan.media xəbər verir ki, Xəzər dənizində zəlzələ baş verib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yerli vaxtla saat 09:57-də 3.2 maqnitudalı yeraltı təkan qeydə alınıb. Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.
Qeyd edilib ki, son həftələr Xəzər dənizində seysmoloji aktivlik müşahidə olunur və təkcə aprel ayında burada 18 zəlzələ qeydə alınıb.
