Azərbaycan.media xəbər verir ki, İranın keçmiş prezidenti İbrahim Rəisinin Ərdəbil şəhərində heykəli ucaldılacaq. Bu barədə məlumat yerli sosial media şəbəkələrində yayımlanıb.
Paylaşımlarda qeyd olunur ki, bu, Ərdəbildə son vaxtlar ucaldılan Sədi Şirazi heykəlindən sonra ikinci belə nümunədir. Yerli sakinlər şəhərdə Azərbaycan şəxsiyyətlərinin heykəllərinin ucaldılmasını gözləsələr də, bu hələ həyata keçirilməyib.
Qeyd edək ki, İranın keçmiş prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim və Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 2024-cü il mayın 19-da Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olublar.
