🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Şuşada vətəndaşların qəbulu keçirilib – “Azərişıq”ın sədri müraciətləri dinləyib

Azərbaycan.media xəbər verir ki, Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov aprelin 24-də Şuşada vətəndaş qəbulu keçirib. Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun təşkil olunub.
Qəbul Azərişıq ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzində baş tutub. Tədbir zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun müraciətlər dinlənilərək cavablandırılıb, bəzi məsələlərin isə yerində həlli təmin edilib. Əlavə araşdırma tələb edən müraciətlər yazılı şəkildə qeydə alınaraq aidiyyəti şöbələrin icraatına yönləndirilib.
Qəbulda iştirak edən vətəndaşlar regionlarda elektrik şəbəkələrinin yenilənməsi, eləcə də onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Bildirilib ki, “Azərişıq” ASC tərəfindən ölkənin bütün bölgələrində vətəndaşlar, sahibkarlar və fermerlərlə mütəmadi görüşlər təşkil olunur. Bu görüşlərdə məqsəd həm maarifləndirici məlumatların verilməsi, həm də abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, mövcud problemlərin operativ həlli və enerji itkilərinin minimuma endirilməsidir.