🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İranda rəhbərlik milli həmrəyliyin sarsılmaz olduğunu bəyan edib

Azərbaycan.media xəbər verir ki, Məsud Pezeşkian və Məhəmməd Bager Qalibaf ölkədə milli birliyin tam qorunduğunu və hər hansı parçalanmanın mövcud olmadığını açıqlayıblar.
Məlumata görə, onların “X” sosial şəbəkəsində yaydıqları birgə bəyanatda bildirilib ki, İranda radikal və ya mülayim qüvvələr arasında bölgüdən söhbət gedə bilməz və cəmiyyət bütövlükdə vahid mövqe nümayiş etdirir.
Rəsmi şəxslər vurğulayıblar ki, xalq və dövlət “dəmir iradə” ilə hərəkət edir, ali liderə tam sədaqət göstərir. Həmçinin qeyd olunub ki, ölkənin üzləşdiyi təhdidlər fonunda İran cəmiyyəti qələbəyə köklənib və bu istiqamətdə yüksək həmrəylik nümayiş etdirir.