🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABŞ-da ölüm hökmü yenidən gündəmdə: yeni edam üsulları tətbiq oluna bilər

Azərbaycan.media xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi federal ölüm hökmünün tətbiqinin bərpası istiqamətində yeni addımlar atıb.
Qurumun yaydığı məlumata əsasən, bu tədbirlərə ölümcül inyeksiya protokolunun yenidən qüvvəyə minməsi, eləcə də edam üsullarının genişləndirilməsi daxildir. Bildirilir ki, alternativ üsul kimi güllələnmənin tətbiqi də nəzərdən keçirilir.
Açıqlamada qeyd olunur ki, əvvəlki administrasiya ən təhlükəli cinayətkarların, o cümlədən terrorçuların, uşaq qatillərinin və polis əməkdaşlarını öldürən şəxslərin cəzalandırılması istiqamətində kifayət qədər sərt mövqe nümayiş etdirməyib. Bu barədə ABŞ baş prokuroru vəzifəsini icra edən Todd Blanche danışıb. Onun sözlərinə görə, Donald Trump dövründə Ədliyyə Nazirliyi qanunun aliliyinin təmininə və zərərçəkənlərin müdafiəsinə xüsusi önəm verir.
Məlumata görə, nazirlik Merrick Garland rəhbərliyi dövründə tətbiq edilən federal edamlarla bağlı müddətsiz moratoriumu ləğv edib. Artıq 44 nəfər barəsində ölüm hökmünün tətbiqi ilə bağlı vəsatətlərin verilməsinə icazə verilib.
Eyni zamanda, Donald Trampın ilk prezidentlik dövründə istifadə edilən pentobarbital əsaslı edam protokolu yenidən tətbiq olunacaq. Bununla yanaşı, ölüm hökmü ilə bağlı işlərin daha operativ baxılması üçün daxili prosedurların sadələşdirilməsi də planlaşdırılır.
Nazirlik yaxın həftələrdə məhkumların bütün məhkəmə prosesləri başa çatmadan əfv üçün müraciət etmələrinin məhdudlaşdırılması istiqamətində də addımlar atmağı nəzərdə tutur.