Azərbaycan.media xəbər verir ki, 95 yaşlı Xalq şairi Nəriman Həsənzadə hazırda səhhətində yaranan problemlər səbəbindən yaradıcılıq fəaliyyəti ilə məşğul ola bilmir.
Şairin ailə üzvləri saytımıza bildirib ki, o, hazırda ev şəraitində müalicə alır. Onların sözlərinə əsasən, Nəriman Həsənzadənin ümumi vəziyyəti qənaətbəxş qiymətləndirilsə də, səhhətində müəyyən dalğalanmalar müşahidə olunur:
“Bir gün vəziyyəti yaxşı olsa da, növbəti gün halsızlıq yaranır. Hazırda evdə müalicəsi davam edir. Yaradıcı fəaliyyətlə məşğul ola, işə gedə bilmir”.
Qeyd edək ki, Xalq şairi ötən il səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.
Azərbaycan.media
