🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Moskva İrəvan-Bakı dialoqunda müsbət dinamika müşahidə edir

Azərbaycan.media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə İrəvan və Bakı arasında dialoqun müsbət istiqamətdə inkişaf etdiyini bildirib.

Zaxarova qeyd edib ki, region daxilində əlaqələrin qurulması və bərpası prosesində irəliləyişlər müşahidə olunur.

O, həmçinin Rusiya nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması prosesini alqışlayaraq, Azərbaycan vasitəsilə Ermənistana Rusiya taxılının tədarükünün davam etdirilməsini vurğulayıb: “Bu, ‘3+3’ formatının inkişafının aktuallığını təsdiqləyir. Moskva həmçinin gürcü həmkarlarını bu platformanın iclasında görmək istərdi”.