🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Aysun İsmayılova şəxsi həyatına müdaxiləyə görə hüquqi addım atıb

Azərbaycan.media xəbər verir ki, müğənni Aysun İsmayılova şəxsi həyatı ilə bağlı yayılan böhtan və qərəzli xəbərlərə qarşı hüquqi addım atdığını açıqlayıb.

Sənətçi video müraciət yayımlayaraq bəzi media və sosial şəbəkə səhifələrinə sərt xəbərdarlıq edib. Aysun İsmayılova bildirib ki, onun adı ilə dəfələrlə yalan məlumatlar yayılıb və bu hallar artıq səbrini tükədib:

“Mənimlə bağlı neçənci dəfədir yalan xəbər paylaşırsınız. Məndən təsdiq almadan paylaşım etməyin. Reytinq xatirinə şəxsi həyatımı hədəf almayın.”

Sənətçi həmçinin vurğulayıb ki, artıq əvvəlki Aysun deyil və şəxsi həyatına müdaxilələrə dözmək niyyətində deyil:

“Əvvəlki Aysun yoxdur. Burnunuzu hər yerə soxmayın. Uzundursa, əməliyyat etdirim. Öz işimlə məşğulam, artıq boş şeylərə vaxtım yoxdur.”