🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda piyadalar üçün yeni svetoforlar quraşdırılıb

Azərbaycan.media xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əməkdaşları paytaxt yollarında monitorinqlər apararaq, piyadaların təhlükəsizliyini artırmaq məqsədilə yeni svetoforların quraşdırılması işlərini davam etdirir.

Son işlər çərçivəsində Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində iki dirək üzərində düyməli piyada svetoforları quraşdırılıb.

Həmçinin Səbail rayonu, Bülbül prospektinin Üzeyir Hacıbəyov və Xaqani küçələri ilə kəsişməsində yeni nəsil LED işıqlandırmalı piyada svetoforları istifadəyə verilib.

NİİM bildirib ki, bu istiqamətdə işlər digər zəruri yerlərdə də davam etdirilir.