🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb – COMEX birjasında fyuçers qiymətləri

Azərbaycan.media xəbər verir ki, əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiymətində cüzi azalma qeydə alınıb. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın 2026-cı ilin fevral ayı üzrə fyuçerslərinin qiyməti 0,3% azalaraq 4 351,4 ABŞ dollarına bərabər olub.

Eyni zamanda COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart ayı fyuçerslərinin qiyməti artım nümayiş etdirib. Belə ki, gümüşün qiyməti 0,55% yüksələrək 65,57 ABŞ dolları səviyyəsinə çatıb.