Azərbaycan.media xəbər verir ki, Tovuz rayonunda 27 yaşlı kişinin meyiti aşkarlanıb. Modern.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Bildirilib ki, Tovuzun Qovlar şəhər sakini, 1998-ci il təvəllüdlü R. Cəfərovun meyiti yaşadığı evdə tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları – polis və prokurorluq nümayəndələri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
