🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Baş Dövlət Yol Polisi sürücüləri dağlıq ərazilərdə diqqətli olmağa çağırır

Azərbaycan.media xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi dağlıq relyefə malik ərazilərdə yol qəzalarının əsas səbəblərini açıqlayıb.

Məlumatda bildirilir ki, dağlıq zonalarda qəzaların əksəriyyəti sürət həddinin yol və hava şəraitinə uyğun seçilməməsi, nəqliyyat vasitəsinin nasazlığı və ya dağlıq relyefə uyğun olmaması kimi səbəblərlə bağlıdır.

Dağlıq turizm və rekreasiya zonalarına səfər edən sürücülər isə bəzən təcrübəsiz olur, yolu düzgün qiymətləndirə bilmir və səfərə hazırlıqsız çıxırlar ki, bu da xoşagəlməz nəticələrə səbəb ola bilər.

Baş Dövlət Yol Polisi idarəsi sürücülərə sərt döngəli, enişli-yoxuşlu yollarda idarəetmə təcrübəsinin mühüm əhəmiyyət daşıdığını xatırladaraq, onları dağlıq ərazilərə səfərlər zamanı daha diqqətli olmağa, nəqliyyat vasitələrinin sazlığını, xüsusilə mövsümə uyğun şinlərlə təchizatını, meteoroloji şəraiti və avtomobillərinin texniki xüsusiyyətlərinin relyefə uyğunluğunu nəzərə almağa çağırır.

“Məlumatda qeyd olunur ki, səfərlərimizin təhlükəsizliyi məsuliyyətimiz və risklərə hazırlığımızla ölçülür.”