🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Azeri Light” neftinin qiyməti 0,7 dollar azalaraq 63,73 dollara düşdü

Azərbaycan.media xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,7 ABŞ dolları və ya 1,09% azalma ilə 63,73 ABŞ dolları olub.

Hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin fevral fyuçersləri 61,4 ABŞ dolları səviyyəsində qiymətləndirilir.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” neftinin bir barelinin qiyməti 0,69 ABŞ dolları və ya 1,11% azalaraq 61,67 ABŞ dolları təşkil edib.

Qeyd olunur ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Tarixi məlumatlara görə, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.

Bu neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65%-dir.