Azərbaycan.media xəbər verir ki, Biləsuvarda təmir işləri səbəbindən elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
“Azərişıq” ASC-nin açıqlamasında bildirilib ki, Biləsuvar Elektrik Şəbəkəsinin ərazisində 10 kV-luq 7 saylı hava xəttində dekabrın 16-da təmir işləri aparılacaq.
Təmir işləri çərçivəsində saat 11:00-dan 13:00-dək Xırmandalı kəndində elektrik enerjisinin verilişində fasilə müşahidə olunacaq.
“Bütün təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqəsi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, – məlumatda vurğulanıb.
Oxundu: 7
