🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İranda avtobus aşması 13 nəfərin ölümünə səbəb oldu

Azərbaycan.media xəbər verir ki, İranda İsfahan-Nətənz istiqamətində hərəkət edən avtobusun aşması nəticəsində 13 nəfər həlak olub, 11 nəfər yaralanıb.

Axar.az-ın məlumatına görə, bu barədə “Tasnim” agentliyi xəbər yayıb. Hadisə yerinə polis əməkdaşları və xilasedicilər cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.