Azərbaycan.media xəbər verir ki, Android əməliyyat sisteminə “Private Space” adlı yeni şəxsi tətbiqlər funksiyası əlavə olunacaq. Bu barədə məlumatı “Android Authority” yayıb.
Yeni funksiya istifadəçilərə seçilmiş tətbiqləri telefonun əsas menyusundan gizlətməyə imkan verəcək. Gizlədilən tətbiqlərə giriş isə ayrıca istifadəçi profilində və yalnız şifrə vasitəsilə mümkün olacaq.
“Private Space” xüsusən şəxsi məlumatların və məxfi tətbiqlərin qorunmasını artırmaq üçün nəzərdə tutulub.
