Azərbaycan.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Londonda Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya Kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makronla görüşərək Kiyevin təhlükəsizlik zəmanətləri və ABŞ-ın sülh təşəbbüsü çərçivəsində aparılan danışıqların gedişini müzakirə edib.
Yelisey sarayının məlumatına görə, görüşdə Ukraynaya dəstək və ölkədə möhkəm, davamlı sülhə sarsılmaz bağlılıq təsdiqlənib.
Bildirilib ki, görüş həm ABŞ təşəbbüsü üzrə (Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması məqsədilə sülh planı) aparılan danışıqların yekunlarını qiymətləndirmək, həm də “könüllülər koalisiyası” çərçivəsində hazırlanmış təhlükəsizlik zəmanətlərini müzakirə etmək imkanı yaradıb.
